Sorğu
Müştəri zəng edir
Menecer sorğunu qeyd edir. Sistem marşrut, yük növü və tarifə görə qiyməti hesablayır, təklif bir kliklə PDF formatında göndərilir.
Bu gün: qiymət şifahi deyilir, sonra mübahisəyə çevrilir.
Logistika ERP · TMS · Yük daşıma proqramı
Sifariş WhatsApp-da, plan Excel-də, sənəd sürücünün çantasında, pul isə bankda gözləyir. ATLAS BIP Logistics ERP bunların hamısını vahid idarəetmə mərkəzinə yığır. Müştərinin ilk zəngindən pulun hesabınıza düşdüyü ana qədər hər addım görünür, qeydə alınır və özü növbəti adama ötürülür.
Sahil Transport Real daşıyıcı ilə qurulur
Atlas BIP 180-ə yaxın maşını olan Bakı yük daşıma şirkəti Sahil Transport üçün avtopark data platformasını qurub. İş ATLAS BIP Logistics ERP ilə davam edir: sifarişdən ödənişə, dispetçerlik, sürücü tətbiqi, CMR və aktlar, e-qaimə, 1C və bank tutuşdurması.
Sahil Transport layihəsinə baxınKM 0 Bu gün necədir
Komandanızda heç kim işini pis görmür. Sadəcə iş həcmi Excel-in, WhatsApp-ın və dispetçerin yaddaşının həddini çoxdan keçib. Demək olar ki, hər logistika şirkətində mənzərə eynidir.
Sifariş dispetçerin dəftərində, qiymət satış menecerinin telefonunda, qaimə mühasibin Excel faylındadır. Üçündə də rəqəm fərqlidir.
«Mən 2 800 demişdim.» «Yox, 3 200.» Yazılı iz yoxdur.
Vəsiqənin, sığortanın, texniki baxışın və vizanın bitmə tarixi dispetçerin başındadır.
Buraxılan yoxlama sərhəddə üzə çıxır — orada düzəltmək olmur.
Zədə fotoları WhatsApp yazışmalarında itib-batır, telefon dəyişəndə isə tamam yox olur.
Pretenziya aylar sonra gələndə göstərməyə heç nə olmur.
Kağız təhvil sənədi ofisə həftələrlə gəlir. Akt onu gözləyir, qaimə aktı, pul isə hamısını.
Dövriyyə kapitalının bir hissəsi həmişə yolda ilişib qalır.
Müqavilədə gözləmə haqqı var, amma saatları sayan yoxdur.
Qeydə alınmayanın pulu heç vaxt tələb olunmur.
Hansı müştərinin, marşrutun və ya maşının qazanc gətirdiyi ay bağlanandan sonra da bəlli olmur.
Zərərli iş «normal iş» kimi davam edir.
22 km/saat
Azərbaycanda yük maşınının gecikmələrlə birlikdə orta sürəti. Gecikməsiz — 50.
CAREC CPMM, 2023
100 000 € karnet başına
Bağlanmamış bir TIR karnetinə görə zəmanət tələbinin tavanı. Gürcüstanda — 50 000 $.
IRU, TIR zəmanəti
7 gün
Gizli zədə barədə bildiriş müddəti (bazar və bayram günləri istisna), gecikmə üçün 21 gün. Sübut vaxtında yığılmasa, mübahisə uduzulur.
CMR Konvensiyası, maddə 30
0 gün möhlət
Vergi yoxlaması başlayandan sonra gətirilən sənəd nəzərə alınmır. Sənəd iş görüləndə hazır olmalıdır.
Vergi Məcəlləsi, 58.17
Mənbələr: CAREC CPMM 2023, IRU, CMR Konvensiyası, Azərbaycan Respublikasının Vergi Məcəlləsi.
KM 60 Səhər, 09:00
Kompüteri açanda sistem artıq hazırdır: hansı reys gecikir, hansı maşının sığortası bu həftə bitir, kimin borcu kredit limitini keçib, bu gün hesaba nə qədər pul düşməlidir. Hesabat gözləmirsiniz — rəqəm hadisə baş verən an yenilənir.
Canlı reyslər 28 reys
| RQ-000418 | Bakı → Tbilisi | 10-AB-123 | yolda |
| RQ-000419 | Sumqayıt → Aktau | 90-KT-417 | bərədə |
| RQ-000421 | Gəncə → İstanbul | 77-JR-650 | sərhəd 3s 40d |
| RQ-000422 | Ələt → Almatı | 99-TL-208 | yüklənir |
| RQ-000424 | Bakı → Şəki | 10-FA-731 | gecikir 2s |
| RQ-000425 | Bakı → Naxçıvan | 90-NB-115 | çatdırıldı |
Xəritə canlı
Bu ay: gəlir və marja həftələr üzrə
Təsdiqinizi gözləyir 4
Ekranlardakı adlar və rəqəmlər nümunə kimi verilib.
Ekran diqqət tələb edənlə açılır: gecikən reyslər, bitən sənədlər, kredit limitləri, təsdiqlər.
Hər göstərici dünən axşam çıxarılmış fayldan yox, canlı əməliyyatdan hesablanır.
İstənilən rəqəm arxasındakı reysləri, sənədləri və ödənişləri açır.
KM 140 Bir yükün yolu
Yükün yolu dəyişmir. Dəyişən odur ki, hər addım bir dəfə yazılır və özü növbəti adama keçir. Aşağı sürüşdürdükcə maşın da yol gedir.
Sorğu
Menecer sorğunu qeyd edir. Sistem marşrut, yük növü və tarifə görə qiyməti hesablayır, təklif bir kliklə PDF formatında göndərilir.
Bu gün: qiymət şifahi deyilir, sonra mübahisəyə çevrilir.
Müqavilə
Qəbul olunan təklif şablon əsasında müqaviləyə çevrilir. Ödəniş müddəti, pulsuz gözləmə saatı və cərimələr rəqəm kimi saxlanılır və sonra özü tətbiq olunur.
Bu gün: şərtlər heç kimin açmadığı qovluqda qalır.
Sifariş
Sifariş nömrə alır. Kredit limiti, bloklanmış müştəri və yük uyğunluğu yoxlanır. Bir neçə yükləmə-boşaltma nöqtəsi, çəki, təhlükəli yük və temperatur bir yerdədir.
Bu gün: dəftər, WhatsApp, yaddaş.
Planlaşdırma
Dispetçer panelində boş maşınlar və sürücülər görünür. Vəsiqə, sığorta, texniki baxış, viza və tutum yoxlanır; uyğun olmayan qırmızı ilə işarələnir və səbəbi göstərilir.
Bu gün: zənglər və «yadımdadır».
Tapşırıq
Ünvanlar, yük və vaxt pəncərəsi sürücünün telefonundadır. «Qəbul edirəm» düyməsinə basıldığı an qeydə alınır.
Bu gün: «eşitdim», sonra «mənə deməmisiniz».
Sənədlər
CMR xanalarının çoxu özü dolur. TIR karneti, icazə blankı və yük sənədləri reysə bağlanır. Paket yaşıl olmadan maşın yola çıxmır.
Bu gün: hər sənəd sıfırdan, əl ilə.
Yükləmə
Sürücü «çatdım» və «yükləndi» basır, çəkini yazır, foto çəkir. Arada keçən vaxt özü gözləmə saatı kimi hesablanır.
Bu gün: saatları sayan yoxdur.
Yol
Maşın xəritədə canlı görünür. Gecikmə həddi keçəndə dispetçer ilk xəbər tutur.
Bu gün: «haradasan?» zəngi.
Sərhəd
Giriş və çıxış vaxtı, möhür fotosu reysdə qalır. Uzun gözləmə hadisə kimi açılır və aktda ayrıca sətir olur.
Bu gün: sonradan «təxminən iki gün».
Təhvil
Alıcı sürücünün telefonunda imzalayır; foto və qeyd-şərt həmin an sənədə bağlanır. İnternet yoxdursa, siqnal qayıdanda özü göndərilir.
Bu gün: kağız ofisə həftələrlə gəlir.
Akt və e-qaimə
Reys bağlananda akt özü yığılır: razılaşdırılmış qiymət, gözləmə, əlavə nöqtə. E-qaimə aktdan yaranır və vergi sisteminə gedir.
Bu gün: eyni məlumat iki dəfə əl ilə yazılır.
Pul
Bank çıxarışı yüklənir, ödəniş öz qaiməsinə bağlanır, debitor borcu azalır. Reysin nə qazandırdığı rəqəmlə görünür.
Bu gün: ödəniş gözlə axtarılır, mənfəət ay sonu təxmin edilir.
KM 260 Müştəri və satış
Hər zəng, hər təklif, hər itirilmiş iş sistemdə qalır. Menecer işdən gedəndə müştəri onunla getmir. Qiymət isə hər dəfə eyni qayda ilə, izah edilə bilən şəkildə hesablanır.
QT-2026-000093 · «Demo Tekstil» qaralama
İtirilən hər iş səbəbi ilə yazılır. Aylar sonra belə bir cümlə oxuyursunuz: «Gəncə → Almaniya istiqamətində 4 sorğu qiymətə görə itirilib.»
Kartı sürüşdürürsünüz, mərhələ dəyişir. Zəng, görüş, e-poçt tarixçədə qalır; «sabah qiymət göndər» yazsanız, sistem vaxtında xatırladır.
Marşrut, maşın və yük növünə görə. Gözləmə, sərhəd, bərə və təhlükəli yük əlavələri kataloqdadır; yanacaq əlavəsi dizel qiymətinə bağlıdır.
Hüquqşünas mətni bir dəfə yazır, dəyişənlər özü dolur. Bitməsinə 60 gün qalanda xəbərdarlıq gəlir, həcm öhdəliyi izlənir: «50 reysdən 47-si».
Müqavilələr, açıq sifarişlər, yoldakı reyslər, borc, gəlir və son danışıq bir ekranda, yuxarıda isə risk zolağı.
Limiti keçən müştərinin yeni sifarişi rəhbərin təsdiqinə qalxır. Rəqəm dünənki cədvəldən yox, həmin an hesablanır.
Müştəri yükünü xəritədə izləyir, CMR və aktı özü endirir, yeni sorğu göndərir. Qiymət strukturunuz və maya dəyəriniz ona görünmür.
KM 380 Dispetçerlik
Sistem qərarı dispetçerin əvəzinə vermir. Dispetçerin unuda biləcəyi hər şeyi xatırlayır və səhv təyinatı səbəbini göstərərək dayandırır.
Tutum
Çəki, həcm və ölçülər maşına və qoşquya uyğundur.
Vəsiqə
Uyğun kateqoriyada qüvvədə olan vəsiqə.
Texniki baxış
Texniki baxış bütün reys boyu qüvvədədir.
Sığorta · 3 gün
Sığorta və Yaşıl Kart marşrutdakı hər ölkəni əhatə edir.
Viza
Viza və icazəli günlər sürücü evə qayıdana qədər çatır.
Təhlükəli yük
Sürücünün ADR şəhadətnaməsi və maşının ADR icazəsi yükün təhlükə sinfinə uyğundur.
Sürücülük vaxtı
Taxoqraf üzrə sürücülük və istirahət vaxtı bu marşruta çatır.
İcazə blankı
İstiqamət üçün icazə blankı rezerv olunub.
Planlaşdırılmayıb · 5
Boş maşınlar · 7
Yolda · 28
Sifarişi maşının üstünə sürüşdürürsünüz. Bir anda reys yaranır, sürücüyə tapşırıq gedir, icazə blankı rezerv olunur, maşın «məşğul» olur.
Vəsiqəsi bitmiş sürücü seçilmir. Viza günləri azdırsa, səbəb yazılaraq istisna edilir — kimin və niyə etdiyi qeydə alınır.
Boşaltma nöqtəsinin yaxınlığında gözləyən sifarişlər təklif olunur. Maşın boş qayıtmır.
Yükləmə sırası özü qurulur: sonuncu boşaldılacaq yük birinci yüklənir.
«Bakı → Hamburq: 4 700 km, 6 ölkə, 4 sərhəd». Həftəsonu qadağaları, qış keçidləri, alternativ yollar; məsafə faktiki reyslərdən dəqiqləşir.
Öz avtoparkınız çatmayanda sifarişi daşıyıcıya verin. Sığortasız daşıyıcı seçilmir, fakturası reysə görə yoxlanır, hər birinin reytinqi hesablanır.
Məzuniyyətdə olanlar və sürücülük vaxtı bitənlər paneldə görünür. Yorğun sürücü uzun reysə düşmür.
KM 510 Sürücü tətbiqi
Tətbiq mağazası yoxdur, quraşdırma yoxdur. Dispetçer QR kod göstərir, sürücü tətbiqi öz telefonunda açır. Sərhəddə, dağ yolunda, gömrük terminalının içində — internet olmasa da işləyir.
RQ-000418 · cari reys
Bakı → Tbilisi
KM 640 Yol və GPS
Wialon və digər GPS cihazlarından gələn məlumat reys, müqavilə və sürücü ilə birləşir. Xəritədəki nöqtə məna daşıyır: maşın harada gözləyir, nə qədər və kimin hesabına.
Gözləmə 19 s 12 dəq · pulsuz 24 saatdan
Müştəri zonası · «Demo Tekstil»
KM 770 Sərhəd və sənədlər
Beynəlxalq reysin sənəd paketi sistemin içində yaranır, yoxlanır və bağlanır. Ölkədaxili reyslərdə elektron yük sənədi və e-qaimə eyni məntiqlə işləyir: bir dəfə yazılır, hər yerə çatır.
CMR
Beynəlxalq yük qaiməsi · CMR-AZ-2026-000877
RQ-000418Bakı → Trabzon
sistem özü doldurur əməkdaş daxil edir
TIR karneti TIR 331203
İmzalanmış aktdan yaranır, ASAN İmza ilə imzalanır və e-taxes-ə göndərilir. e-taxes-in cavabı saxlanılır, statuslar hər gecə tutuşdurulur.
Ölkədaxili reysin elektron yük sənədi eyni reys məlumatından AYNA-ya gedir — təkrar yazmadan.
Tranzit bəyannaməsi, invoys, qablaşdırma vərəqi və mənşə sertifikatı reysin dosyesindədir; sərhəd keçidləri və gömrük ödənişləri yanında izlənir.
Bildiriş və pretenziya müddətləri geri sayılır. Sübut siyahısı özü hazırlanır, məsuliyyət həddi hesablanır.
Ölkələr üzrə blanklar: ayrılıb, işlədilib, qalıb. Qəza, zədə və gömrük saxlaması jurnala düşür, təkrar problem yaradan marşrutlar görünür.
Nömrəni yazırsınız, bütün zəncir açılır: müqavilə, sifariş, reys, CMR, akt, qaimə, ödəniş. Dövlət portalı işləmədikdə göndərişlər növbəyə düşür və sonra avtomatik göndərilir.
KM 880 Avtopark və anbar
Avtopark, texniki xidmət, yanacaq, təkərlər, cərimələr, əmlak və anbar bir yerdədir. Təmirdəki maşın planlaşdırmaya düşmür. Radar cəriməsi gələndə sistem o saatda sükan arxasında kimin olduğunu bilir.
Avtopark lövhəsi
Anbar A · doluluq 78%
Yük qəbul olunur, zədə fotosu çəkilir, etiket çıxır. Sistem uyğun yeri təklif edir — soyuducu yük adi zonaya, təhlükəli yük uyğunsuz yükün yanına düşmür — saxlama haqqı isə gün və palet üzrə özü yığılır.
Yürüşə və ya tarixə görə planlaşdırılır. Təmirdəki maşın planlaşdırmadan çıxır; ehtiyat hissələr, zəmanət və sıradan kənar günlər izlənir.
Kart, norma və fakt. Yanacaq şirkətinin fakturasının hər sətri real doldurma ilə tutuşdurulur.
Hər təkər seriya nömrəsi və ox mövqeyi ilə: yürüş, protektor yoxlaması, yerdəyişmə və kilometr başına xərc.
Tarixə və maşına görə sürücüyə və məsul menecerə bağlanır. Sürücü telefondan etiraz edir; tutulma maaş vərəqəsində ayrıca sətirdə görünür.
Texniki pasport, sığorta, Yaşıl Kart, texniki baxış, taxoqraf kalibrlənməsi — bitməyə 90, 60 və 30 gün qalanda xəbərdarlıq.
Qəbul, yerləşdirmə, skanerlə komplektləşdirmə, kross-dokinq, inventarizasiya və gömrük anbarı müddətləri.
Yanacaq, təmir, təkər, sığorta və lizinq — kilometr başına. Hansı maşının satılmalı olduğu rəqəmlə görünür.
KM 990 Pul
Reysdən gələn rəqəm ikinci dəfə yazılmır. Akt, e-qaimə, borc, bank, xərc və maaş bir zəncirdir. Mühasib təkrar yazmır — yoxlayır və təsdiqləyir.
Eyni faktura iki dəfə ödənmir. «Hesabımız dəyişib» deyən təchizatçının yeni rekviziti ayrıca yoxlanır — fırıldağın ən geniş yayılmış yolu budur.
Mənfi günlər qırmızıdır: pul çatışmazlığı yaranmamış görünür.
Müştəriyə görə detallı və ya qısa forma; ayın bütün reysləri bir aktda. İmzalanmış akt dəyişmir, səhv düzəliş aktı ilə düzəldilir.
Aktdan yaranır, dövlətin cavabı saxlanılır. Qaimə vergi sisteminə çatmayıbsa, ertəsi səhər bilirsiniz.
Çıxarış yüklənir, ödəniş qaiməyə özü bağlanır. Mühasib birini əl ilə bağlasa, sistem göndərəni yadda saxlayır.
Fakturadakı «6 saat gözləmə» GPS və mərhələ qeydləri ilə tutuşdurulur. Eyni reys iki dəfə fakturalananda tutulur.
Ölkə normalarına görə ezamiyyə, reys əsaslı maaş, bonus və cərimə tutulmaları sətir-sətir.
Bir neçə hüquqi şəxs və filial bir sistemdə; AZN, USD, EUR və digər valyutalar, kurs fərqləri və vahid konsolidə mənzərə.
Mühasibat 1C-də qalırsa, hazır nəticə ora ötürülür — eyni məlumat iki dəfə yazılmır.
KM 1100 Dashboard-lar və hesabatlar
Bir sistem — hər rol üçün ayrıca ekran. Hər kəs öz işini görür, başqasının məlumatında azmır. Marja və maya dəyəri isə yalnız icazəsi olanlara açılır.
Dispetçer
Boş maşınlar və uyğun sürücülər bir siyahıda; sənədlərinin müddəti bitənlər avtomatik kənarda qalır.
Sürücü
Növbəti addım telefonda böyük düymədir. İnternetsiz də.
Satış meneceri
Öz portfelində açıq təkliflər, bitən müqavilələr və kredit riski.
Mühasib
Reys tamamlananda «akt hazırdır» işarəsi yanır, sətirlər özü yığılır.
Əməliyyat müdiri
Gecikən reyslər, açıq hadisələr, ilişmiş sənədlər bir ekranda.
Direktor
Reys, marşrut, müştəri və maşın üzrə mənfəət, üstəlik bugünkü debitor borcları.
| Bəzək | Qərar |
|---|---|
| | «3 reys gecikir, bax» |
| | «5 maşın boşdur, 2 sifariş gözləyir» |
| | «Marja 11%, hədd 15%» |
| | «2 müştəri kredit limitini keçib» |
Hesabatı özünüz də qurursunuz: sahəni, süzgəci, qruplaşdırmanı seçir, Excel və ya PDF-ə çıxarırsınız. Debitor borcları hesabatı isə hər bazar ertəsi səhər e-poçtunuza özü gəlir.
KM 1240 İnteqrasiyalar
Dövlət sistemləri, banklar, GPS, mühasibat və messencerlər ATLAS BIP Logistics ERP-yə qoşulur. Artıq işlətdiyiniz sistemlər yerində qalır — heç nə atılmır.
Sifariş, reys, sənəd və statuslar sənədləşdirilmiş REST API və webhook-lar ilə əlçatandır — sizin və müştərilərinizin sistemləri əl işi olmadan məlumat mübadiləsi aparır.
İri müştərinin sistemi sifarişi birbaşa göndərir, statusu və sənədi avtomatik geri alır.
Dövlət sisteminə, banka və GPS provayderinə gedən hər sorğu cavabı ilə saxlanılır: nəyin və nə vaxt göndərildiyinin sübutu.
KM 1350 Təhlükəsizlik və nəzarət
Sistem bulud mühitində və ya sizin serverinizdə işləyir. Kimin nəyi gördüyü və dəyişdiyi həmişə yazılır, bütün məlumatınız isə istənilən an tam şəkildə sizə təhvil verilir.
Rol əsaslı giriş: satış meneceri yalnız öz müştərisini, sürücü yalnız öz reysini görür. «Bu işçi niyə görmür» sualının izahı bir ekrandadır.
Rəhbərlik və mühasibat üçün iki faktorlu giriş. Şübhəli cihaz bir kliklə bağlanır, işdən çıxan işçinin girişi dərhal bağlanır.
Köhnə dəyər, yeni dəyər, kim, nə vaxt. Qeydlər heş-zəncirlə bir-birinə bağlıdır — sonradan dəyişdirilsə, dərhal görünür.
İmzalanmış akt, qaimə və müqavilə dəyişmir. Düzəliş yeni sənəddir, köhnəsi yerində qalır.
Sifariş, müqavilə, akt, qaimə və CMR üçün boşluqsuz və təkrarsız nömrələr, hər gecə yoxlanır.
Hər gecə şifrələnmiş ehtiyat nüsxə və bərpa bələdçisi.
İdarə olunan bulud və ya sizin serveriniz — sistem eynidir. Tam məlumat ixracı həmişə açıqdır.
Azərbaycan dilində interfeys və sənədlər, ƏDV, e-qaimə, bayram təqvimi. Lazım olduqda ingilis və rus dillərində.
KM 1460 Süni intellekt qatı
Məlumat bir yerə yığılanda ondan adi dildə soruşur, proqnoz alır və təkrar işi köməkçiyə tapşırırsınız — şirkətinizin iş qaydasına uyğunlaşdırılmış şəkildə.
Keçən ay Gürcüstan istiqamətində ən az qazandıran 3 müştəri kimdir?
Avqust, Gürcüstan istiqaməti, marja üzrə:
| «Demo Logistika» · 4 reys | 3,1% |
| «Demo Qida» · 6 reys | 5,8% |
| «Demo Metal» · 2 reys | 7,2% |
Səbəb: 3 reysdə sərhəd gözləməsi 30 saatı keçib, amma aktda gözləmə sətri yoxdur. Düzəliş aktlarını hazırlayımmı?
Hazırla.
3 düzəliş aktı qaralama kimi təsdiq qutunuza düşdü
Müştərinin mesajı sifariş qaralamasına çevrilir, menecer yalnız təsdiqləyir.
Fotodan məbləğ, VÖEN, tarix və sətirlər oxunur, əməkdaş yoxlayır.
Vaxt pəncərələri və tıxac nəzərə alınmaqla ən yaxşı çoxnöqtəli ardıcıllıq.
Keçmiş reyslər, mövsüm və boş qayıdış riskinə görə qiymət aralığı.
Yanacaq sərfi və yürüş trendləri maşını xarab olmamış təmirə çağırır.
Yük boşalan kimi yaxınlıqdakı geri yüklər təklif olunur.
Qeyri-adi yanacaq sərfi, təkrar fakturalar və şübhəli xərclər yoxlamaya düşür.
Qarşıdakı həftələr üzrə daxilolmalar və ödənişlər proqnozlaşdırılır, çatışmazlıq əvvəlcədən görünür.
KM 1580 Sistemin içində
Bütün modullar eyni məlumatla işləyir: bir yerdəki dəyişiklik hər yerə çatır. Lazım olan qatlardan başlayın, böyüdükcə qalanını əlavə edin.
70 modul
KM 1700 Necə qururuq
Hazır qutu satmırıq. Əvvəl işinizin necə getdiyini öyrənirik, sonra sistemi ona uyğun qururuq. Lazım olan girir, lazım olmayan girmir.
Bir iş gününüzü izləyirik: sifariş haradan gəlir, kim nə yazır, pul harada ilişir.
Hər addım yazılı qaydaya çevrilir: kim açır, kim təsdiqləyir, hansı sənəd çıxır. Siz təsdiqləyirsiniz.
Sizin rollarınız, sənəd formalarınız, tarifləriniz və təsdiq zəncirləriniz — sizin adlarınızla.
Müştəri, maşın, sürücü və marşrut siyahıları Excel və ya 1C-dən yüklənir; GPS, bank və e-taxes qoşulur.
Komanda sistemə keçməzdən əvvəl bir real reys zəngdən ödənişə qədər sistemdə keçir.
İşçilər öyrədilir, sistem işə düşür, biz yanınızda qalırıq: yeniləmələr, dövlət formatlarının dəyişməsi, yeni hesabatlar.
Mərhələlərlə keçin: əvvəl reyslər və sənədlər, sonra maliyyə. Hər mərhələ real işdə özünü doğruldandan sonra işə düşür.
KM 1830 Suallar
Xeyr. Mühasibat uçotu 1C-də qalır. ATLAS BIP Logistics ERP hazır aktları, qaimələri və ödənişləri ora ötürür, heç nə iki dəfə yazılmır.
Bəli. Sistem bulud mühitində və ya sizin serverinizdə işləyir. Hər iki halda məlumat sizindir və tam ixrac həmişə açıqdır.
Bəli. Wialon birbaşa qoşulur, digər GPS və telematika provayderləri öz API-ləri ilə qoşulur; mövqe, yanacaq və sensor məlumatı reysə düşür.
Sürücü tətbiqi internetsiz işləyir. Status, foto, imza və xərclər telefonda saxlanılır və siqnal qayıdanda özü göndərilir.
Bəli. CMR, TIR, ADR, icazə blankları, gömrük və tranzit sənədləri, subpodratçı daşıyıcılar və çoxvalyutalı hesablaşmalar məhsulun bir hissəsidir.
Xeyr. Reyslər və sənədlərlə başlamağı, maliyyəni, anbarı və ya süni intellekti isə sonra əlavə etməyi tövsiyə edirik. Bütün modullar eyni məlumatla işlədiyi üçün hər yeni mərhələ sadəcə qoşulur.
KM 1950 Yük çatdırıldı
Real sifarişlərinizdən birini gətirin — onu ilk zəngdən ödənişə qədər sistemdə birlikdə keçirək. Nəyin dəyişdiyini öz rəqəmlərinizdə görəcəksiniz.
Ekranlardakı adlar və rəqəmlər nümunə kimi verilib. Mənbələr: CAREC CPMM 2023, IRU, CMR Konvensiyası, Azərbaycan Respublikasının Vergi Məcəlləsi.
Əvvələ qayıt